Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci maliyyə yardımı müsabiqəsi nəticələrinin müzakirəsini sentyabrın 11-də keçirilən iclasında yekunlaşdırıb.
Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 2-də elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 157 QHT-dən layihə təklifi daxil olub. Bu layihələrdən 32-nin texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən kənarlaşdırılıb, 125 layihə təklifi ekspertizaya göndərilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 56 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Müsabiqə qalibləri oktyabrın 1-dən gec olmayaraq, Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 17 sentyabr saat 15.00-dək qəbul edilir.
İclasda Şuranın fəaliyyətinin bir sıra başqa sahələri ilə bağlı müzakirə edilən məsələlərə aid qərarlar da qəbul edilib. Cari məsələlər sırasında QHT həyatının müxtəlif məsələləri müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
SN | QHT-nin adı | Rəhbərin soyadı, adı və atasının adı | Layihənin adı | Ayrılan məbləğ |
1. | “Himayə” Uşaq İctimai Birliyi | Umudova Mətanət Umud qızı | Gigiyenik tərbiyə və sağlam həyat tərzinin təbliği | 3 500,0 |
2. | Qarabağ Azadlıq Təşkilatı | Nağı Akif Qazax oğlu | Qarabağ münaqişəsinin həlli yollarına dair debatların keçirilməsi, debatların materiallarının nəşr edilməsi | 5 000,0 |
3. | “Rezonans” Gənclərin İctimai Birliyi | Ramazanova Gültəkin Bəxtiyar qızı | “Sağlam gələcək naminə!” Erkən nikahlarla mübarizəyə həsr olunmuş televiziya verilişinin təşkili | 3 000,0 |
4. | Zəngəzur Cəmiyyətləri Birliyi | Abdulla Hacı Nəriman oğlu | Zəngəzurdan Osmanlı İmperatorluğu və Türkiyə Cümhuriyyətinə köçlər: tarixi səbəblər, məskunlaşma arealı, məşhur sələflər, varislər | 4 000,0 |
5. | “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi | Orucov Şahin Hüsən oğlu | Texniki-peşə məktəblərinin hazırkı inkişafı: debatlar və ictimai müzakirələr | 3 000,0 |
6. | “Qayğı və Himayə” Xeyriyyə Fondu | Rzayeva Gülayə İsrail qızı | “Ədəbiyyatdan keçən əbədiyyət” adlı televiziya verilişinin hazırlanması | 3 000,0 |
7. | Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi | Musayev Ceyhun Musa oğlu | Azərbaycanda fəaliyyət göstərən Beyin Mərkəzləri Forumunun çağırılması və ictimai müzakirələrdə KİV-in rolunun artırılması | 3 500,0 |
8. | Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyi | Cəfərov Vüqar Tofiq oğlu | Sənədsiz mənzillər, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı televiziya verilişlərinin hazırlanması və teledebatların təşkili | 3 000,0 |
9. | “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi | Mehdiyeva Elmira Mehdi qızı | Təbii fəlakətlər zamanı necə davranmalı mövzusunda gənclərin və yeniyetmələrin maarifləndirilməsi | 3 000,0 |
10. | Sosial İslahatlara Dəstək İctimai Birliyi | Qafarov İnşallah İxtiyar oğlu | Aztəminatlı ailələrin sosial hüquqlar üzrə maariflənməsi | 3 500,0 |
11. | Azərbaycan Demokratik Jurnalistlər Liqası və | Məmmədli Yadigar Tarix oğlu və | Vətəndaş cəmiyyətinin inkişafına yönəlik ictimai müzakirələrin təşkili | 4 000,0 |
12. | “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi | İsmayılov Eldar Rafiq oğlu | Bakı şəhərində vahid şəhər bələdiyyəsinin yaradılması və paytaxt idarəetməsində vətəndaş iştirakçılığının artırılması | 4 500,0 |
13. | “Xan Şuşinski” Fondu | Verdiyeva Bəyimxanım İsfəndiyar qızı | Milli musiqimizin dünəni, bugünü və sabahı –televiziya müzakirəsi | 3 500,0 |
14. | Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyi | Ramazanov Kamran Yolçu oğlu | Sosial xidmətlər üzrə elektron platformanın yaradılması | 4 000,0 |
15. | Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi | Abdullayeva Mehriban Əli qızı | “Qadınlarımızı qoruyaq və maarifləndirək” – Astara, Qusar və Gəncədə regional maarifləndirmə kampaniyalarının, ictimai debatların keçirilməsi və təbliğat vasitələrinin yayılması | 3 000,0 |
16. | Azad İstehlakçılar Birliyi | Hüseynov Eyyub Mahmud oğlu | Yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinə təminat məqsədilə KİV-lərdə geniş müzakirələr və debatların təşkili | 3 000,0 |
17. | Demokratik Seçki Mərkəzi | İbrahimli Qorxmaz Əbülfəz oğlu | Seçici fəallığındakı tərəddüdlərin ictimai müzakirəsi və seçki etikasının formalaşmasına dəstək | 4 000,0 |
18. | “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi | İbrahimli Qadir Nadir oğlu | Kiçik müəssisələrdə Əmək Məcəlləsinin tətbiqinin öyrənilməsi | 3 500,0 |
19. | Milli Jurnalistika Konqresi İctimai Birliyi | Babayev Zaur Kamal oğlu | QHT Şurasının yardımı ilə Rusiyanın dövlət arxivlərindən gətirilmiş, ermənilərin türklərə qarşı olan soyqırımları və ərazi iddiaları ilə bağlı sənəd və materialların, fotoların, videogörüntülərin, məxfi yazışmaların əsasında televiziya və radio verilişlərinin hazırlanıb ictimaiyyətə çatdırılması | 4 000,0 |
20. | Hüquqi Yardım İctimai Birliyi | Qasımov İlqar Manaf oğlu | Ailə - nikah münasibətləri və məişət zorakılığı barədə KİV-də debatların hazırlanması və ictimai diskussiyaların təşkili | 3 500,0 |
21. | "Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi | Hüseynova Mariya Pavlovna | Azərbaycanda və Bolqarıstanda milli azlıqların hərtərəfli irsinin qorunması haqqında radio debatların təşkil edilməsi | 3 000,0 |
22. | “Pоtеnsiаl” Sumqаyıt Mütəхəssislər Birliyi | Fərzəliyеv Sаhib Abdüləli oğlu | Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya-ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili | 3 000,0 |
23. | “Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti | Qafarov Səbuhi Nazir oğlu | Hamımız azərbaycanlıyıq və ya tolerantlıq dərsləri II- regionlarda müzakirələr | 3 000,0 |
24. | “Vətənpərvərliyin Təbliğinə Dəstək” | Əliyev Şəmistan Hüseyn oğlu | “Hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsində hərbi və milli marşların rolu” mövzusunda debatların təşkil olunması | 3 000,0 |
25. | “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi | Məhsimov Məhsim Sədulla oğlu | Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər
| 3 500,0 |
26. | Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı | Əsgərli Asif Məmməd oğlu | Erkən nikahlar: ictimai qınaq və ictimai maarifləndirmə Regionlarda xüsusi TV debatların və ictimai müzakirələrin təşkili | 3 000,0 |
27. | “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək ” İctimai Birliyi | Abbasov Vahid Kamil oğlu | Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə elektron vasitələrlə təbliği | 3 000,0 |
28. | Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi | Məmmədov Elşən Aydın oğlu | Şəhid Milli Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi haqqında qərarların reallaşdırılmasına ictimai dəstək | 3 500,0 |
29. | Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı | Baxışov Əlövsət Məmmədşah oğlu | Veteranların sosial hüquqlarının həlli sahəsində rayon, şəhər veteranlar təşkilatları rəhbərlərinin biliklərinin artırılması məqsədilə təlim və seminarların keçirilməsi | 3 000,0 |
30. | Yerli İdarəetməyə Yardım İctimai Birliyi | Mirzəyev Vüsal Mirzə oğlu | “Ailə-məişət zorakılığına qarşı mübarizədə maarifləndirmənin rolu” adlı radio proqramlar silsiləsi | 3 500,0 |
31. | “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi | Əsədullayeva Firuzə Bəyməmməd qızı | İctimai həyatın aktual gündəmi mövzusunda TV müzakirənin təşkili | 3 000,0 |
32. | Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi | Hüseynli İlqar Qəşəm oğlu | Vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişafında media, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə debatların keçirilməsi | 3 000,0 |
33. | Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti İctimai Birliyi | Qədirli Şəfəq Qədir qızı | “Tələbə meydanı” bilik yarışmasının təşkili | 3 000,0 |
34. | Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) | Cabbarlı Hatəm Qulu oğlu | “Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın təhlükəsizlik məsələləri” adlı beynəlxalq konfransın təşkili | 4 000,0 |
35. | Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi | Məmmədli Çiçək Qəzənfər qızı | Autizm haqqında maarifləndirmə işinin aparılması | 3 000,0 |
36. | Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi | Məmmədov Elnur Xanmurad oğlu | Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar | 4 500,0 |
37. | Demokratik İnkişaf Platforması İctimai Birliyi | Quliyev Əli Əhməd oğlu | Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili | 4 500,0 |
38. | “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi | Cəfərov Rəşad Fərhad oğlu | “Təhsil körpüsü” televiziya proqramının hazırlanması | 3 500,0 |
39. | Azərbaycan Qadınları Respublika Cəmiyyəti | Qasımova Bahar Kamandar qızı | Ailələrdə boşanma hallarının ictimai müzakirəsi | 3 000,0 |
40. | “Ortaq Dəyərlər” İctimai Birliyi | Camal Aqil Tapdıq oğlu | Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ətrafında mediada ictimai müzakirələrin təşkili | 3 000,0 |
41. | Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti | Əli-zadə Tofiq Məhərrəm oğlu | «Mən Azərbaycanlıyam» Respublika Bilik Müsabiqəsi | 3 000,0 |
42. | Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi | Məmmədli Nəsimi Əhməd oğlu | Cəmiyyətin və regionların aktual sosial-hüquqi problemləri “Regional TV” debatlarında | 3 500,0 |
43. | Azərbaycanda Yaşayan Ahıska Türklərinin “Vətən“ İctimai Birliyi | Məmmədov İbrahim Ziya oğlu | Azərbaycanda yaşayan Ahıska türklərinin etnik və mədəni həyatının işıqlandırılması | 4 000,0 |
44. | Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi | Yusibova Qəmzə Xanlar qızı | Azərbaycanda cari ekoloji çağırışlar – ekoloji debatlar | 3 000,0 |
45. | Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi | Budaqova Qalibə Əli qızı | Milli Qəhrəmanlar və qəhrəmanlıq salnaməsi mövzusunda ictimai müzakirələr | 3 000,0 |
46. | “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi | Məlikov Afiq Əli oğlu | İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması | 3 000,0 |
47. | Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi | Abdullayeva Arzu İsmayıl qızı | Tom de Vaalın “Qara bağ” kitabının təhlili və obyektivlik dərəcəsinin ictimai müzakirəsinin təşkili | 3 000,0 |
48. | Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi | Cəfərli Yaşar Musa oğlu | Ordu quruculuğu mövzusunda ictimai müzakirələrin təşkili | 3 500,0 |
49. | Sağlam Həyat Mədəniyyəti İctimai Birliyi | Məmmədov Əhməd Qəşəm oğlu | Ölkə əhalisi arasında sağlam həyat mədəniyyəti ilə bağlı müzakirələrin təşkili | 3 000,0 |
50. | İşgəncələrə Qarşı Azərbaycan Komitəsi | Behbudov Elçin Tofiq oğlu | Azərbaycanda polis-vətəndaş münasibətlərinin inkişaf etdirilməsinə dair ictimai müzakirələrin təşkili | 3 000,0 |
51. | “Şahdağ” Xeyriyyə İctimai Birliyi | Teymurova Rəhilə Əliheydər qızı | Dini mərasimlərin sadələşdirilməsi istiqamətində ictimai debatların təşkili | 3 000,0 |
52. | İnkişaf Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyi | İsmayılova Gülnarə Bünyamin qızı | Cəmiyyətdə davranış qaydaları və fərdlər arasındakı münasibətlər: mövcud problemlər və çıxış yolları | 3 500,0 |
53. | Mahmud Kaşqari adına Beynəlxalq Fond | Rzayev Anar Rəsul oğlu | Azərbaycanın müstəqillik dövrünün ədəbiyyatı haqqında müzakirələrin təşkili | 4 000,0 |
54. | Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım İctimai Birliyi | Seyidzadə Zaur Mirtağı oğlu | Kimsəsiz uşaqlar haqqında televerilişin hazırlanması | 3 000,0 |
55. | Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Gənclər İctimai Birliyi | Adıgözəlov Zahid Vahid oğlu | “Yol mədəniyyətimiz: problemlər və gözləntilər” mövzusunda müzakirələrin təşkili | 3 500,0 |
56. | Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi | Ələkbərli Şamil Sabir oğlu | "Qarabağın səsi" televiziya verilişinin hazırlanması, təqdimatı və mətbuat konfransının təşkili | 3 000,0 |
|
|
|
| 189 500,0 |
Modern.az