Londonda keçirilən XIV Paralimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən milli komandamız vətənə dönüb. Heydər Əliyev adına Hava Limanında böyük coşqu ilə qarşılanan paralimpiyaçılarımız öz təəssüratlarını junralistlərlə bölüşüblər.
Turninrdə 5 medal qazanmaqla rekorda imza atan üzgüçümüz Natali Pronina özünü xoşbəxt hiss etdiyini bildirib.
“Mən istədiyimə nail oldum. Qarşıma qoyduğum məqsədimə çatdım. Özümü çox xoşbəxt hiss edirəm. Bu nəticə ilə rekord qırdım. Hamını təbrik edirəm”.
Qeyd edək ki, idmançılarımız Londonda XIV Yay Paralimpiya Oyunlarında idmançılarımız 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.
Modern.az