XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar öz sevinclərini Modern.az-ın əməkdaşları ilə bölüşüblər. Paralimpiya oyunlarında qızıl medal qazanmış cüdoçu Ramin İbrahimov ona göstərdiyi dəstəyə görə Azərbaycan xalqına öz təşəkkürünü bildirib. R.İbrahimov görüşlər arasında yaponiyalı idmançı ilə final qarşılaşmasının çətin olduğunu deyib:
“Ondan sonra hiss etdim ki, Olimpiya çempionu ola bilərəm. Bütün rəqiblərimə tam qələbə ilə qalib gəldim. Bunu bacardım və Paralimpiya Oyunlarının qalibi oldum”.
Paralimpiya oyunlarının cüdo üzrə bürünc mükafatçısı İlham Zəkiyev də sevinc hisslərini bizimlə bölüşüb:“Görüşlərim çox çətin keçdi. Şükür Allaha vətənə medalsız qayıtmadıq. 1480 gündən sonra Brazilyada keçiriləcək Paralimpiya oyunlarında, Pekin və Afinanın nəticələrini təkrarlayacağıq. Olimpiya oyunlarında hər hansı bir medal qələbədir”.
Cüdo üzrə 57 kq çəki dərəcəsinin Paralimpiya çempionu Afaq Süleymanova azərbaycanlı olmağı ilə fəxr edib.
“Çox xoşbəxtəm ki, azərbaycanlıyam. Məhz Azərbaycan bayrağını qaldırıb və himnini səsləndirmişəm. Bu hisslər o qədər gözəldir ki, onu izah etmək olmur. Bu hissi bütün idmançılara arzu edirəm.
Hər bir idmançı Olimpiya çempionu olsun və heç vaxt hislərini anlada bilməsin. Bu qələbə tək biz idmançıları deyil, bütün Azərbaycan xalqının qələbəsidir”.
|
|
|
|
|
|
|
|
|
|
Anar Kəlbiyev
Elçin Ağayev