Modern.az

Quba hadisələri ilə bağlı növbəti məhkəmə prosesi başlayıb

Quba hadisələri ilə bağlı növbəti məhkəmə prosesi başlayıb

Təhsil

12 Sentyabr 2012, 10:41

Bu gün Quba rayon məhkəməsində növbəti 9 nəfərdən ibarət təqsirləndirilən şəxslərin məhkəmə prosesi başlayıb. Bu barədə Modern.az –a məhkəməni izləyən jurnalist Cəmil Məmmədli məlumat verib. Saat 10-a təyin olunan prosesdə hakim Etibar Quliyevin sədrliyilə keçiriləcək iclasda müttəhimlər Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu, Nəcəfli Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu,Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşüdov Rafiq Vahid ,Qəribov Tapdıq Tacı oğlu,Qəribov Bəhruz Qəribaba oğlunun ifadələrinin dinləniləcəyi gözlənilir.

Təqsirləndirilən şəxslərdən yalnız ikisi -Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu həbsdə olsalar da, digərləri barəsində heç bir yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər də Azərbaycan Respublikasının CM-nin 186.2.1; 186.2.2; 233;315.2 maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi