Modern.az

“Putin Azərbaycanı Kremldə çarmıxa çəkməyə çalışır” - Politoloq

“Putin Azərbaycanı Kremldə çarmıxa çəkməyə çalışır” - Politoloq

Təhsil

12 Sentyabr 2012, 10:57

Zərdüşt Əlizadə: “Putin Qafqazda çox hiyləgər siyasət yürüdür”

Rusiya prezidenti Vladimr Putinin  böyük “Avrasiya” planını yenidən gündəmə gətirməsi regionda ciddi narahatlıq yaradıb. Ekspertlərin fikrincə, Putinin hiyləgər planının əsas mahiyyəti Cənubi Qafqaz ölkələri də daxil olmaqla Avrasiya ölkələrinə sahib çıxmaq və bu ölkələrin vahid şəkildə idarəedilməsinə nail olmaqdır. Hətta Putin öz açıqlamalarında da SSRİ-nin yenidən bərpa ediləcəyinin siqnallarını verib.

Bəs, Rusiya prezidentinin “Avrasiya” planı baş tutarsa, Azərbaycanın aqibəti necə olacaq?

Politoloq Zərdüşt Əlizadə Putinin arzuladığı “Avrasiya” planının ölkəmizdə mənfi təsirlərini Modern.az-a şərh edib. Z.Əlizadə bildirib ki, vəziyyət heç də göründüyü kimi deyil, Putindən heç də qorxmağa dəyməz.

“Hesab edirəm ki, bu planın Azərbaycana mənfi təsiri ola bilməz. Onsuz da biz bu təşkilata üzv deyilik. Təbii ki, “Avrasiya” planı  heç də Putinin dediyi kimi, qələmə verdiyi kimi deyil. Bu məsələdə Putinin şəxsi maraqları qaçılmazdır. O, bununla əhatə dariəsini, imkan təsirini genişləndirmək niyyətindədir. Onsuz da Rusiya Qarabağ məsələsində Azərbaycanı çarmıxa çəkib Kremldə asmağa çalışır. Xalqımız üçün düşünürəm ki, deyildiyi kimi qorxulu heç bir problem yoxdur. Putin gündə yüz dəfə desin ki, mən SSRİ-ni bərpa edəcəyəm. Bu alınan şey deyil axı. Təbii ki, Putin regionda çox hiyləgər siyasət yürüdür. Amma hesab edirəm ki, Putinin bu planı baş tutmayacaq”, - deyə Z.Əlizadə bildirib.

 

Anar RÜSTƏMOV  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi