Modern.az

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkili TƏBİB-ə keçir

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkili TƏBİB-ə keçir

Aktual

7 Aprel 2021, 18:15

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif olunur. 

 

Qüvvədə olan qanuna əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyi  tərəfindən həyata keçirilir. Layihəyə əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən həyata keçiriləcək. 

 

Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır.  Layihəyə əsasən, artıq bu barədə də Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə dərhal məlumat verilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular