Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Təhsil

12 Sentyabr 2012, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir.

Yarımadada şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti olacaq.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi