Modern.az

Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə ordularının birgə təlimlərindən video YAYDI

Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə ordularının birgə təlimlərindən video YAYDI

8 Aprel 2021, 13:00

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

 

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?