Modern.az

İlham Əliyev Ərdoğanla Şəkiyə gedib

İlham Əliyev Ərdoğanla Şəkiyə gedib

12 Sentyabr 2012, 13:44

Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə səfər ediblər. Modern.az Prezidentin saytına istinadən xəbər verir ki, İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət ediblər. Dövlət başçısı və qardaş ölkənin baş naziri Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxıblar.

Bildirilib ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gələn türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb. Abidənin ətrafında geniş abadlıq işləri görülüb, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılıb.

 Prezident İlham Əliyev və xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi