Modern.az

Sığorta sektorunun inkişaf strategiyası təsdiqləndi

Sığorta sektorunun inkişaf strategiyası təsdiqləndi

8 Aprel 2021, 13:40

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı üçillik strategiyanı təsdiqləyib

 

Modern.az bu barədə ASA-ya istinadən məlumat verir.

 

Sənəd 2021-2023-cü illəri əhatə edir və 8 strateji hədəfdən ibarətdir.

 

Üçillik strategiya sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, bu sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi kimi istiqamətləri əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?