Modern.az

Azərbaycana 5 Parolimpiya medalı qazandıran bu idmançıya nə qədər mükafat veriləcək? - MARAQLI

Azərbaycana 5 Parolimpiya medalı qazandıran bu idmançıya nə qədər mükafat veriləcək? - MARAQLI

12 Sentyabr 2012, 13:51


Londonda keçirilən XIV Parolimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən milli komandamız bu gün vətənə dönüb. İdmançılarımız bu mötəbər turniri yüksək nailiyyətlə başa çatdırıblar. Belə ki, 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanan komandamız çox yüksək nəticə göstərib. Parolimpiya yığmamızın qazandığı 12 medaldan 5-i bir idmançının payına düşür. Bu, üzgüçülük yarışlarında fəxri kürsünün 4 dəfə ikinci, bir dəfə birinci pilləsinə qalxmış Natali Proninadır. Azərbaycanın xanım üzgüçüsü sonuncu mərhələdə, brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışında London Parolimpiya Oyunları çempionu adını qazanıb və dünya və parolimpiya rekordlarını təzələyib.

Prezident İlham Əliyev XIV Parolimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləğini aşağıdakı qaydada müəyyən edib.

- birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

Məlum olduğu kimi Azərbaycan üzgüçüsü Natali Pronina 4 gümüş və 1 qızıl medal qazanıb. Yuxarıdakı qayda ilə hesablasaq, xanım üzgüçümüzə 600 min manat pul düşür.

Maraqlıdır görəsən Natali Pronina hər qazandığı medala görə pul mükafatı alacaqmı?

Bunu dəqiqləşdirmək üçün Milli Parolimpiya Komitəsi ilə əlaqə saxladıq. Komitədən Modern.az-a verilən məlumata görə, bu məsələ hələki dəqiqləşdirilməyib. Qeyd edildi ki, bununla bağlı prezident sərəncam verəcək.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi