Modern.az

Hərrac keçirildi - Banklara daha 55,5 milyon dollar verildi

Hərrac keçirildi - Banklara daha 55,5 milyon dollar verildi

8 Aprel 2021, 14:50

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Modern.az-ınAMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 55,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 25,3% və ya 18,8 mln. dollar azalıb.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?