Modern.az

4 idmançımız mübarizəyə başlayır

4 idmançımız mübarizəyə başlayır

8 Aprel 2021, 14:55

Azərbaycanın 4 taekvondoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayır.

 

Modern.az xəbər verir ki, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə 1/8 finalda Mateya İvanoviç (Serbiya) ilə üz-üzə gələcək.

 

58 kq-da yarışan Pərviz İsgəndərov 1/16 finalda Stepan Dmitrovla (Moldova) qarşılaşacaq.

 

Qadınlardan Minayə Əkbərova (46 kq) 1/8 finalda Almaniyanı təmsil edən Özlem Gürüzün, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Patimat Abakarova (49 kq) eyni raundda Martina Korellinin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

 

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?