Modern.az

Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - Siyahı

Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - Siyahı

8 Aprel 2021, 16:54

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 9 aprel 2021-ci ildən etibarən Azərbaycanın 7 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi veb-saytında məlumat yerləşdirilib.

 

Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib. 

 

İdxal icazəsi verilən müəssisələr aşağıdakılardır:

 

“AGRO AZ” MMC (Bakı şəhəri);

“ABSHERON AGRO 2020” MMC (Abşeron rayonu, Xokmalı kəndi);

Eyvazov Taleh Cəlal (Salyan rayonu, Kürqaraqaşlı kəndi);

“Qızılonur” MMC (Abşeron rayonu, Məmmədli qəsəbəsi);

Salmanova Gönçə Barat qızı (Bakı şəhəri);

“A-K Group” MMC (Bakı şəhəri);

“Ekofud” MMC (Bakı şəhəri).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?