Modern.az

Eldar Quliyevin kitabının təqdimatı olub - FOTOLAR

Eldar Quliyevin kitabının təqdimatı olub - FOTOLAR

8 Aprel 2021, 17:06

Bu gün Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyevin müəllifi olduğu “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” adlı kitabının təqdimatı keçirilib. 

 

Modern.az xəbər verir ki, ölkəmizdə hazırda tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət etməklə təşkil olunan təqdimatda Azərbaycan elminin tanınmış nümayəndələri, millət vəkilləri, universitet rektorları, ziyalılar iştirak edib.

 

Təqdimat yığıncağına moderatorluq edən, monoqrafiyanın elmi redaktoru, Əməkdar elm xadimi, professor Bəyalı Ataşov elmi əsər barəsində ətraflı məlumat verib. O, bildirib ki, monoqrafiyada qlobal çağırışlar şəraitində qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri üzrə elmi yanaşmalar, baxışlar, mülahizələr, polemika xarakterli tədqiqat materialları verilmişdir. Qida təhlükəsizliyinin gücləndirilməsində “istehsal-istehlak” zənciri həlqələrində səmərəlilik problemləri, insan həyatı və sağlamlığı üçün təhlükə törətməyən mühüm qida məhsullarının istehsalının genişləndirilməsi və ehtiyyatlarının yaradılması məsələləri araşdırılmışdır. Qlobal qida bazarlarının inkişaf səviyyəsi qiymətləndirilmiş, dünya əhalisinin ekoloji təmiz qida ilə təminatı zərurəti və bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri təhlil olunmuşdur. Azərbaycanda qida təhlükəsizliyinin gücləndirilməsi problemləri üzrə dövlət siyasətinin əsas elementlərinə, 2050-ci ilədək dövr üçün mühim qida məhsulları istehsalının proqnozlaşdırılmasına və qida təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərinə xüsusi diqqət yetirilib.

 

Sonra millət vəkilləri akademik Ziyad Səmədzadə, professor Eldar İbrahimov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və digər alimlər çıxış edərək təqdim olunan elmi əsərin əhəmiyyətindən danışdılar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?