Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Liviyanın Benqazi əyalətində bu gün səhər saatlarında ABŞ konsulluğuna edilən silahlı hücum nəticəsində səfir Kristofer Stivens və səfirliyin 3 əməkdaşı öldürülüb.
Qeyd edək ki, ABŞ-də Məhəmməd peyğəmbəri təhqir edən filmin nümayişi Liviyada böyük etiraza səbəb oldu. Səfirliyin önündə keçirilən etiraz aksiyası zamanı raketlə hücum təşkil edilib.
Modern.az