Modern.az

Akif Təvəkküloğlu: “30 mətbuat orqanı Milli Məclisə müraciət edib”

Akif Təvəkküloğlu: “30 mətbuat orqanı Milli Məclisə müraciət edib”

Parlament

12 Sentyabr 2012, 15:00

“Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq parlamentin payız sessiyasının ilk iclası sentyabrın sonuncu günü başlamalıdır. Ancaq həmin gün bayram və istirahət gününə təsadüf etdikdə bu sonrakı iş gününə keçirilir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən payız sesisyası oktyabrın 1-də başlayacaq”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. İclasın gündəliyinə gəlincə, mətbuat katibi bildirib ki, hələlik Milli Məclisin komitələrinin iclasları öz işinə başlayıb.

“Hər bir komitə payız sessiyası dövründə özünün qanunvericilik işlər planını təsdiq etdikdən sonra məsələ Milli Məclisin ilk plenar iclasında müzakirə olunacaq, sonra gündəlik təsdiqlənəcək. Gündəlik barədə konkret bir şey deyə bilmərəm. Ona görə ki hazırda komitənin iclasları davam edir. Komitənin iclasları başa çatdıqdan sonra bu məsələ barədə məlumat vermək olar”.
Milli Məclisdə akreditə olunan jurnalistlər məsləsinə toxunan Akif Təvəkküloğlu bildirib ki, ayın 15-də akreditasiya məsələsi başa çatır.
“Həmin vaxta qədər jurnalistlər müraciət edə bilərlər. Sentyabrın 15-dən sonra neçə jurnalistin akreditasiyası olunması barədə dəqiq məlumat veriləcək. Hazırda mətbuat xidmətinə 30 məktub daxil olub və müraciətlər davam edir”.

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım