Modern.az

Babək prospektində yeni piyada keçidi - FOTO

Babək prospektində yeni piyada keçidi - FOTO

12 Sentyabr 2012, 15:16


Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsində salınan piyada keçidində son tamamlanma işləri aparılır.  

Modern.az “Azəryol” ASC-nin rəsmi saytına istinadən bildirir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sifarişi ilə inşa olunan piyada keçidinin uzunluğu 57 m, eni 8 m, hündürlüyü 3,20 m-dir.  Piyadaların hərəkəti üçün nəzərdə tutulan pilləkənlərdə əlil arabaları üçün ayrıca yol var. İki tərəfə giriş-çıxışı olan piyada keçidi  demək olar ki, istismara hazırdır. Hazırda piyada keçidinin ətrafında abadlıq işləri həyata keçirilir. Paytaxt sakinləri yaxın günlərdə piyada keçidindən istifadə edə biləcəklər.  

  Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi