Modern.az

BMT Baş Assambleyasının sədri Azərbaycana gəldi

BMT Baş Assambleyasının sədri Azərbaycana gəldi

8 Aprel 2021, 22:18

BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə sədrin sözçüsü Brenden Varma məlumat verib.

 

O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

 

Qeyd edək ki, Volkan Bozkır Azərbaycana səfəri barədə özünün tvitter hesabından məlumat yayıb.

 

"Qətərə rəsmi səfərim başa çatdıqdan sonra biz Bakıya gəldik", - deyə sədr bildirib.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?