“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər qurumlar tərəfindən mühafizə olunan zolaqlarda - bələdiyyə ərazilərində də torpaq satışının həyata keçirilməsinə rast gəlinib”.
Bu barədə məlumat verən Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bildirib ki, həmin məsələdə müxtəlif qurumların iştirakı var: “Bu işdə təkcə bələdiyyələr iştirak etməyib. ARDNŞ-in köhnə rəhbər işçiləri, həmçinin şirkətin ərazilərdə olan neft-qaz çıxarma idarələrinin əməkdaşları qanunsuzluğa yol verərək bələdiyyə torpaqlarını satıblar. Bu işdə yerli icra hakimiyyətləri, bələdiyyələr və ARDNŞ-in yerlərdəki əməkdaşları da iştirak ediblər. Biz bu cür qanunsuz qərarların hamısını ləğv etdirmişik”.