Modern.az

Tovuzda bir qəsəbəyə şəhər statusu verilir, 5 kəndin adı dəyişdirilir

Tovuzda bir qəsəbəyə şəhər statusu verilir, 5 kəndin adı dəyişdirilir

12 Sentyabr 2012, 15:41

 

Parlamentin Regional məsələlər komitəsinin sentyabrın 12-də keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, bu dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Tovuz rayonu” bölməsində bir sıra düzəlişlər nəzərdə tutulur. Dəyişikliklərə əsasən, Tovuz rayonunun “Aşağı Ayıblı” kəndinin adı “Əyyublu” sözü, “Qazqulu” sözü “Qazıqulu”, “Azaplı” sözü “Azaflı”, “Girdan” sözü “Hunanlar”, “Oskən” sözü “Öskən” ilə əvəz ediləcək. “Qovlar” qəsəbəsi sözü isə “Qovlar şəhəri” ilə əbəzlənəcək və şəhərə əlavəm olaraq 800 hektar torpaq sahəsi veriləcək.

Milli Məclisin payız sessiyasında Torpaq Məcəlləsinə dəyişiklik ediləcək. Bu barədə də Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, artıq qanun layihəsi komitənin qanunvericilik iş planına salınıb. Komitə sədrini bildirdiyinə görə, dəyişikliyə əsasən, bələdiyyələr öz torpaqlarını heç bir orqanın iştirakı olmadan icarəyə verə biləcəklər: “Hazırki qanunvericiliyə görə, bələdiyyələr öz torpaqlarını  istifadəyə verməkdə çətinlik çəkirlər. Bu dəyişiklikdən sonra bələdiyyələr torpaqlarını qısa müddətə icarəyə verə biləcəklər. Bələdiyyələr kənd təsərrüfatı mövsümü ilə əlaqədar olaraq torpağı  11 ayda icarəyə verə biləcəklər”.
Millət vəkili Fəzail İbrahimli sorğu edib ki, burada qeyri-müəyyən olur ki, bələdiyyələr hansı ayda torpağı icarəyə verə bilməzlər: “Məsələn, məhərrəmlik ayında toy etmək olmaz. Bəs bələdiyyələr hansı ayda torpağı icarəyə verə bilməzlər? Bu baxımdan 11 ay solaxay məsələdir”. Komitə sədri A. Rəhimzadə əlavə edib ki, qanunvericilikdə icarə müqaviləsi 11 ayda qeydə alınmadığı üçün bu müddət seçilib. Ancaq icarə müqaviləsi təkrar bağlana biləcək.

Natiq Hüseynli
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi