Modern.az

Daha 2 deputat Güney Azərbaycandakı zəlzələ qurbanlarına yardım etdi

Daha 2 deputat Güney Azərbaycandakı zəlzələ qurbanlarına yardım etdi

12 Sentyabr 2012, 15:45

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha iki millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Əli Məsimli 300 AZN və Mirkazım Mirkazımov isə 100 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib. Ümumilikdə isə  avqustun 14-də başlanan kampaniyaya bu günədək 15739 manat vəsait yığılıb.

Qeyd edək ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı humanitar aksiyaya qoşulan millət vəkilləri  Novruz Aslan 1000 AZN, Qənirə Paşayeva 2500 AZN, Ayaz Orucov 2100 AZN, Qüdrət Həsənquliyev 394 AZN , Fazil Mustafa 200 AZN, Adil Əliyev isə 1000 AZN məbləğində yardım ediblər.

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva zəlzələdən dərhal sonra Azərbaycan Milli Məclisinin deputatlarına çağırış edərək onları bu yardım kampaniyasına qoşulmağa çağırıb.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi