Modern.az

Əvəz Ələkbərov: “Vəzifədən çıxarılanda iclas keçirirdim”

Əvəz Ələkbərov: “Vəzifədən çıxarılanda iclas keçirirdim”

12 Sentyabr 2012, 16:49

Uzun müddət yüksək vəzifələrdə çalışmış sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan 6 il sonra ilk dəfə mediaya - Modern.az saytına geniş müsahibə verib. 

Sabiq nazir Modern.az-ın “Sabiqlər” rubrikasına müsahibəsində çox maraqlı məqamlara toxunub. 

- Mən jurnalist olmaq istəyirdim...

- Nazir vəzifəsinə təyin olunanda şokda idim...

- Vəzifədən çıxarılanda iclas keçirirdim...

- İş üçün təkliflər gəlib, amma...

- Dost çətin məsələdir...

Əvəz Ələkbərovdan aldığımız geniş müsahibəni tezliklə Modern.az saytında oxuya bilərsiniz.

Bizi izləyin....

Arayış: Bu il iyulun 23-də Əvəz Ələkbərovun 60 yaşı tamam olub. O, 1975-ci ildən 1981-ci ilə kimi Azərbaycan SSR Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləyib. 1981-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Nazirlər müxtəlif vəzifələrdə çalışıb.
1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olub, 1991-ci ilin dekabrından 1992-ci ilin oktyabrınadək Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib.
1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndə və Heydər Əliyev hakimiyyətə gələndə Ə.Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyirdi. Hakimiyyət dəyişikliyi ondan yan keçdi və Əvəz Ələkbərov Heydər Əliyevin komandasına daxil olaraq 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda qaldı. O, ilk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir. Çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub.
1999-cu ilin iyulunda mərhum prezident onu maliyyə naziri vəzifəsinə təyin etdi. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı.
Hazırda işsizdir.
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olaraq qalır. Əvəz müəllim həm də YAP Nəsimi təşkilatının İdarə Heyətinin üzvüdür.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI