Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən müzakirə edilib.
Müzakirəni açan Şura sədri Azay Quliyev bildirib ki, 25 may 2012-ci ildə yaradılan işçi qrup Proqramın əsas layihə müddəalarını hazırlayıb və qrup üzvləri arasında paylaşıb. A.Quliyev qeyd edib ki, proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün işçi qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir.
“QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın təqdim edilmiş layihə əsasında işçi qrup üzvləri tərəfindən ayrı-ayrı istiqamətlər üzrə işlənərək təkmilləşdirilməsi məqsədəuyğun sayılıb. Proqramın ilk variantının 30 sentyabr 2012-ci ildə müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
Modern.az