Modern.az

Avropa Parlamentində Ramil Səfərovun işi təcili müzakirəyə çıxarılacaq

Avropa Parlamentində Ramil Səfərovun işi təcili müzakirəyə çıxarılacaq

12 Sentyabr 2012, 19:30

13 sentyabrda Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq. Sessiya ərəfəsində AP Liberallar Qrupunun daxili iclası keçirilib.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri  Şamaxının millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata görə, 11 sentyabrda keçirilən iclasda AP-nin rumıniyalı deputatı Norika Nikolay Liberallar qrupunun Ramil Səfərovun işi ilə bağlı olan Qətnamə layihəsini imzalamamasını təklif edib. Təklif qəbul edilib və Liberallar qrupu Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.  

Liberallar hesab edirlər ki, bu qətnamə qeyri–obyektivdir 
və sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, bu qətnamə AP Prosedur qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər. Liberalların qətnamədən imtina etməsinə qrupun böyük əksəriyyəti səs verib.

Liberalların bu qətnamə layihəsini imzalamamaları sənədin bütün siyasi qruplar tərəfindən birgə qətnamə təklifi olmayacağı deməkdir.  Nəticədə Avropa Parlamentinin plenar iclasinda səsvermə üçün vahid mətn olmayacaq. Hətta iclasda hər hansı sənəd qəbul edilsə belə, bu bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola bilər.  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi