Modern.az

İcra başçısı Türkiyəyə müalicəyə göndərilmiş qazilərlə danışdı

İcra başçısı Türkiyəyə müalicəyə göndərilmiş qazilərlə danışdı

Aktual

9 Aprel 2021, 17:10

Aprelin 9-da Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “YAŞAT” Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmiş qazilərimiz Rüstəmli İlkin və Musazadə Şöhlət ilə online qaydada görüntülü danışıb.

Modern.az xəbər verir ki, Alı Alıyev ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələrinin hər zaman dövlətimizin diqqəti və qayğısı mərkəzində olduğunu qeyd edib.

Qazilərimiz onlara daim diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?