Modern.az

Goranboyda gizli toy edənlər saxlanıldı

Goranboyda gizli toy edənlər saxlanıldı

10 Aprel 2021, 20:12

Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

 

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?