Modern.az

“Türkiyənin suverenliyimizə dəstəyi önəmlidir” - Zelenski

“Türkiyənin suverenliyimizə dəstəyi önəmlidir” - Zelenski

10 Aprel 2021, 22:31

"Bu gün müvəqqəti olaraq işğal edilən Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm".

 

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

 

“Türkiyənin suverenliyimizin yenidən təsis edilməsi mövzusunda dəstəyi önəmlidir. Ticarət həcminin artması, sərbəst ticarət anlaşmasının imzalanması olduqca vacibdir. Görüşdə təyyarə hazırlanması sahəsindəki əməkdaşlığımızı nəzərdən keçirdik. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın hərəkətverici qüvvəsidir”, - deyə V.Zelenski bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?