Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
“Qara Qarayev” metrostansiyasının yaxınlığında yolu keçən 2003-cü il təvəllüdlü Sultanov Vidadi Rəşad oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.