Modern.az

MTRŞ sədri seriallara ayrılan pulların göyə sovrulduğu haqda deyilənlərə reaksiya verdi

MTRŞ sədri seriallara ayrılan pulların göyə sovrulduğu haqda deyilənlərə reaksiya verdi

13 Sentyabr 2012, 12:29

“İctimai Televiziya xəbər proqramlarının surdotərçimə ilə verilməsi məsələsini həll edəcəyinə söz verib”. Bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
“İTV-də hazırda surdotərcümənin bərpa edilməsi üzərində iş gedir. Surdotərcümənin AzTV-də bərpa olunmasına gəlincə isə qoy bu məsələ “İctimai” kanalda həll olunsun, sonra ona da baxarıq” deyə şura sədri qeyd edib.

N.Məhərrəmli telekanalarda çəkilən serialların da qaneedici olmadığını bildirib: “Bu günə qədər 6 kanalın hər birinə 8 min manat vəsait ayrılıb. Təbii ki, biz bilirdik ki, ilk vaxtlar hər şey keyfiyyətli olmayacaq. Buna görə də bizim ilk mərhələdə məqsədimiz efirlərimizdə olan boşluğu doldurmaq idi. Hazırda seriallar çəkilib, onların nümayişi davam etdirilir. Tədricən də keyfiyyətdə də müsbət dəyişiklər olacaq. Biz bundan qorxmamalıyıq və bu sahəni inkişaf etdirməliyik”.

MTRŞ sədri eyni zamanda televiziyalara ayrılan vəsaitinin hesabatının aparıldığını və buna daim nəzarət olunduğunu da vurğulayıb:
“Ayrılan vəsaitin hesabatı aparılır və serialların çəkilişinə nəzarət olunur. Bu o demək deyil ki, ayrılan pullar göyə sovrulur”.

Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi