İkinci Qarabağ müharibəsi zamanı erməni işğalından azad edilmiş Ağdam şəhəri urbisidin ən açıq nümunəsidir.
Modern.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: "Urbisid sözü - hərfi mənada "şəhərə qarşı şiddət" kimi tərcümə olunan termindir. İşğaldan azad edilən, Ermənistanın 30 ill ərzində vandalizmi nəticəsində tamamilə dağıdılmış və talan edilmiş işğaldan azad edilmiş Ağdam şəhəri URBİSİD-in aydın bir nümunəsidir. Ağdam "Qafqaz Xirosiması" adlandırılır".