Modern.az

Şəhid Ümid Xəncəlovun 27 yaşı məzarı başında qeyd olunub - FOTOLAR 

Şəhid Ümid Xəncəlovun 27 yaşı məzarı başında qeyd olunub - FOTOLAR 

10 Aprel 2021, 20:46

Bu gün Vətən müharibəsi şəhidi, 27 yaşlı Ümid Xəncəlovun doğum günü doğulduğu Qusarın Hil kəndində qeyd edilib.

 

Modern.az Fizuli, Hadrut, Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edən çavuş Xəncəlovun son döyüş yeri Fizuli rayonu olub. Burada gedən döyüşlərdə qəhrəmancasına həlak olan Ümid Xəncəlov həm ailəsinin, həm də həm də hərbi hissə rəhbərliyinin ümidlərini doğruldaraq xüsusi qəhrəmanlıq göstərib.

 

Bu gün YAP-ın Qusar rayon təşkilatının nümayəndələri və Qusar rayon İH-nin əməkdaşları 27 yaşlı şəhidin doğulduğu kənddə məzarını ziyarət edib, ailəsində olublar. Ruhu hörmətlə yad edilən Ümid Xəncəlov kimi Vətən oğullarının heç vaxt unudulmayacağı bildirilib, ailəsinə dəstək ifadə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?