Modern.az

ASALA Azərbaycanın xaricdəki diplomatlarını yenidən hədələdi

ASALA Azərbaycanın xaricdəki diplomatlarını yenidən hədələdi

13 Sentyabr 2012, 14:32

Ermənilərin ASALA terror təşkilatı Azərbaycanın xaricdəki səfirliklərinə növbəti hədələyici məktublar göndərib. Xəbəri mediaya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib.

XİN rəsmisinin sözlərinə görə, "Nor-ASALA" ("Yeni ASALA") adlı təşkilatın adından daxil olan təhdid məktubunda Azərbaycanın diplomatik missiyalarının nümayəndələri hədələnib.

ASALA Azərbaycan Ordusnun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasından sonra bu cür hədələrlə çıxış etməyə başlayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi