Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.
Modern.az-ın məlumatına görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.
Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub:
“Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”.