Modern.az

Yol polisi Balakəndə reyd keçirdi - FOTO

Yol polisi Balakəndə reyd keçirdi - FOTO

14 Aprel 2021, 21:46

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.

 

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI