Modern.az

Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi

Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi

Aktual

14 Aprel 2021, 23:10

Türkiyə hökuməti Liviyaya COVID-19 infeksiyasına qarşı 150 min doza vaksin göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, göndərilən vaksin aprelin 14-də Ankaradan Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə yola salınıb.

 

Qeyd edək ki, bu barədə razılıq Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyətinin aprelin 12-də Türkiyəyə səfəri zamanı əldə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi