Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə, Vətən müharibəsində göstərdiyi xüsusi fədakarlığa və sücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adına layiq görülən, həmyerlimiz Həsənov Saleh Valeh oğlunu, doğulub boya-başa çatdığı Goranboy rayonu Qızılhacılı qəsəbəsində Goranboylular böyük ehtiram və coşqu ilə qarşıladılar.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə, Vətən Müharibəsi Qəhrəmanını və ailəsini evində ziyarət etdi.