Sosial şəbəkələrdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb. Bu barədə Hikmət Hacıyevin özü Tvitter hesabında yazıb.
Son zamanlar belə halların kütləviləşdiyinin şahidi oluruq.
Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Modern.az-ın bu sualını “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırıb.
O, əvvəlcə maarifləndirici tədbirlərin keçirilməli olduğunu qeyd edib:
“Sosial dünya açıq şəbəkədir. İnsanlar sosial şəbəkə ilə istədikləri addımları ata bilirlər. Amma qarşısını nisbətən almaq üçün birinci istifadəçilərə yönəlik maarifləndirmə işləri gücləndirilməlidir. Digər tərəfdən, hüquq-mühafizə orqanları bununla bağlı müəyyən araşdırma aparıb, saxta hesab açan şəxs haqqında hansı haddımların atıldığı barədə açıqlamalar verə bilər.
Burada ən önəmli məsələlərdən biri də adına saxta hesab açılan insanın öz şəxsi profilini aktiv saxlamasıdır”.
Fidan İlqarqızı