Modern.az

Prezident paytaxtda açılışlar edib

Prezident paytaxtda açılışlar edib

14 Sentyabr 2012, 14:39

Prezident İlham Əliyev Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib. Modern.az Prezidentin saytına istinadən xəbər verir ki,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da mərasimdə iştirak edib. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib, parkda  yaradılan  şəraitlə tanış olub.

Prezidentə məlumatda bildirilib ki,  1998-ci ildə görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınan parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər var. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.

Prezident İlham Əliyev parkda görülən  işlərdən razılığını bildirib.

Həmçinin Prezident İlham Əliyev Bakıda “8 KM” stadionunun açılışında iştirak edib. Açılış mərasimində  Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.

Prezident İlham Əliyev stadionda yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi