Modern.az

Prezidentin mətbuat katibi İlham Əliyevin Fransa səfəri barədə danışdı

Prezidentin mətbuat katibi İlham Əliyevin Fransa səfəri barədə danışdı

14 Sentyabr 2012, 15:37


Azərbaycan Prezidentinin mətbuat xidməti ölkə başçısı İlham Əliyevin sentyabrın 18-də Fransaya qeyri-rəsmi səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlərə münasibət bildirib. Prezidentin mətbuat katibi Azər Qasımov Modern.az-a açıqlamasında bu haqda onlarda rəsmi məlumatın olmadığını bəyan edib.

Qeyd edək ki, erməni mətbuatında Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 18-də Fransaya qeyri-rəsmi səfər edəcəyi və bu müddətində ölkə başçısına qarşı etiraz aksiyaları keçirəcəkləri haqda müxtəlif məlumatlar yayılıb.

Anar RÜSTƏMOV  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi