Sentyabrın 14-də ABA CEELI (Amerika Hüquqşunaslar Assosiasiyası) və Media Hüququ İnstitutu “Qanunlar necə işləyir?” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.
Tədbirdə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı İnstitutun jurnalistlərin hüququi biliklərinin artırılması istiqamətində gördüyü işlərdən danışaraq bildirib ki, MHİ jurnalistlər üçün həm media hüququ istiqamətində təlimlər, həm də bilikləri tətbiq etmək üçün yazı müsabiqələri keçirir.
Daha sonra çıxış edən ABA CEELI-nin proqram üzrə direktoru Michelle Brady və Media Hüququ Məktəbi layihəsinin hüquqşünası Günel Quliyeva təşkilatın Media Hüququ İnstitutu ilə birgə keçirdiyi layihələrindən söz açaraq bildirdilər ki, bu yazı müsabiqəsi artq üçüncü dəfədir keçirilir. Bu tip müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışan Günel Quliyeva müsabiqə ilə yanaşı Media Hüququ Məktəbi layihəsi çərçivəsində gənc jurnalistlərə altı, professional jurnalistlərə on günlük təlimlərin keçirildiyini, həmçinin seçilən iştirakçılara Təlimçilər üçün təlimlərin keçirildiyindən də danışdı.
Daha sonra çıxış edən münsiflər heyətinin üzvləri Zeynal Məmmədli, Rövşən Hacıbəyli və Şahvələd Çobanoğlu müsabiqəyə təqdim edilən yazıların keyfiyyətindən danışıblar və təklif etdilər ki, jurnalistləri daha da həvəsləndirmək üçün onları istiqamətləndirən mentorlar təyin edilsin və jurnalistlərə bu tip müsabiqə elanları verilərkən müəyyən tədbir çərçivəsində bu edilsin ki, müsabiqələrdən daha çox jurnalistin xəbəri olsun.
Media Hüququ İnstitutunun təlimlərində təlim keçən hüquqşünas Ələsgər Məmmədli qalib olmasından asılı olmayaraq müsabiqədə iştirak edən bütün jurnalistləri müsabiqəyə qatılaraq göstərdikləri cəsarətə görə təbrik edib.
Sonda “Qanunlar necə işləyir?” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Nəticələrə görə,
birinci yeri “Zorakı cəmiyyətin humanist qanunları” yazısı ilə var.az saytının əməkdaşı Gülər Mehdizadə, ikinci yeri “Toy havası, xınalı intihar, uşaq doğmağa məcbur qalan uşaqlar” yazısı ilə lent.az saytının əməkdaşı Könül Cəfərli, üçüncü yeri isə “Məni işdən qanunsuz çıxarıblar...” yazısı ilə Modern.az saytının əməkdaşı Sevinc İltifatqızı tutub.
Qaliblər yerlərə uyğun olaraq 500, 400, 300 AZN pul mükafatı ilə mükafatlandırılıblar.
Modern.az