Modern.az

Bilik günü qeyd olunur

Bilik günü qeyd olunur

15 Sentyabr 2012, 09:40

Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr - Bilik Günü gəldi. Bu gün Azərbaycanda yeni – 2012-2013-cü tədris ili başlayıb. Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yeni tədris ilində ölkədəki 4500-dən çox ümumtəhsil məktəbində 1 milyon 500 mindən çox şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 minə yaxın müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 130 min 454 nəfər olacağı proqnozlaşdırılır.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 15-də Bakı şəhərinin ali və orta ixtisas məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində və ətraf ərazilərdə ictimai qaydanın qorunması, təhlükəsizliyin təmin olunması üçün həmin ərazilərdə post-patrul xidməti təşkil olunub.

Modern.az  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi