Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib, nəticədə beş nəfər ölüb.
Modern.az-ın RİA Novosti-yə istinadən bildirdiyinə görə, təcili yardım xidməti ölüm xəbərini təsdiqləyib.
Məlumata görə, hadisə Rostovun Novoçerkassk adlanan bölgəsində minik avtomobilinin iştirakı ilə baş verib. Hadisə zamanı altı nəfər yaralanıb, onlardan beşi ölüb.