Modern.az

Bayden qaçqın qəbulu üçün kvotanı artıracaq

Bayden qaçqın qəbulu üçün kvotanı artıracaq

Dünya

18 Aprel 2021, 11:11

ABŞ administrasiyası qaçqın qəbulu kvotasını artıracaq.

 

Modern.az  TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden açıqlayıb. Onun çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən də yayılıb.

 

“Biz sayı artırmağa hazırlaşırıq”, - Bayden belə deyib.

 

Cümə günü Bayden 2021-ci maliyyə ilində limiti 15 min nəfər səviyyəsində saxlayaraq artırmamağa qərar verib. Belə bir kvota oktyabrın əvvəlində ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən təsis edilib. Bu rəqəm 1980-ci ildən bəri ən aşağı göstəricidir. 2020-ci maliyyə ilində bu limit 18 min nəfər idi və sonradan 2019-cu maliyyə ilinin 18 minlik göstəricisi ilə müqayisədə iki dəfə azaldılmışdı.

 

Fevral ayında Bayden 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu üçün kvotasını 125 minə çatdırmaq niyyətində olduğunu bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi