Modern.az

Azərbaycanda cangüdən tutmaq neçəyə başa gəlir? - ARAŞDIRMA

Azərbaycanda cangüdən tutmaq neçəyə başa gəlir? - ARAŞDIRMA

15 Sentyabr 2012, 10:27

Cangüdənlik müasir dövrdə özünü təsdiqləmiş peşədir. Artıq Azərbaycanda da cangüdənlə gəzən imkanlı şəxslər az deyil. Bu sırada siyasətçilər, müğənnilər, məmurlar, rektorlar, iş adamları çoxdur. Onlardan bəziləri cangüdənləri hansısa şirkətlərlə müqavilə bağlayaraq özlərinin qorunmasına cəlb ediblər. Bəli, ölkəmizdə də cangüdən sifariş etmək üçün üz tutmalı şirkətlər var. Bəs bir cangüdənin tutulması neçəyə başa gəlir?

Modern.az bununla bağlı araşdırma edib.

“ATA SECURITY” mühafizə şirkətinin baş direktoru Xaqani İsgəndərov bildirib ki, cangüdənlər işə qəbul olunarkən mütləq hərbi xidməti başa vurmalı, 20-25 yaş arasında olmalıdır. Kim istəyirsə, razılaşma yoluyla cangüdən sifariş edə bilər.

Şirkətdən əldə etdiyimiz məlumata görə, əgər xaricdən 3 günlük qonaq gəlirsə və onun üçün 2 nəfər cangüdən lazımdırsa, günü 550 manatdan hesablanır. Bu qiymətə “Prado” və “Jeep”lə qonağı gəzdirmək, hava limanında qarşılamaq və yola salmaq daxildir. Cangüdənlərə silah daşımağa icazə verilməsə də, digər qoruyucu vasitələri, məsələn elektroşoku üstlərində gəzdirə bilirlər. Əgər cangüdəni bir aydan artıq istəyisinizsə, bu zaman endirimlər edilir.

Şirkətdən bildiriblər ki, həm fiziki həm də hüquqi şəxslər mühafizəçi üçün tez-tez müraciət edirlər. Həmçinin məşhur müğənnilər də cangüdənlərin köməyindən yararlananlar sırasındadır.

“Titan D Limited” özəl mühafizə şirkətindən isə bildiriblər ki, qiymətlər razılaşma yoluyladır. Şirkətdən verilən məlumata görə, cangüdənləri işə götürülərkən onlardan mütləq sağlamlıq haqqında arayış istənilir. Həmçinin cangüdən olmaq istəyənlər mütləq hərbi xidməti başa vurmalı və 20-25 yaş arasında olmalıdırlar.
Bu şirkətə də cangüdənlər üçün müraciət edənlər olur. Bildirilib ki, məsələn xaricən gələn qonaqlar üçün mühafizəçilər istənilir. Bu zaman cangüdənlər qonağı qarşılayır, hər yerdə müşayiət edir və qorunmasını həyata keçirir.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?