Modern.az

“Ramil Səfərovla bağlı qətnamə Avropa Parlamentində parçalanmaya səbəb oldu”

“Ramil Səfərovla bağlı qətnamə Avropa Parlamentində parçalanmaya səbəb oldu”

15 Sentyabr 2012, 11:11

Ramil Səfərovun işi ilə bağlı 13 sentyabr tarixli qətnamə Avropa Parlamentində (AP) təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb oldu.
"Bir halda ki, AP-də təmsil olunan bütün siyasi partiyalar  qətnamənin altında imza atmayıb, bu, azlığın qətnaməsi kimi qəbul edilməlidir. AP-nin 3 siyasi qrupu olan (Sosialistlər, Liberal -Demokratlar və Avropada azadlıq və demokratiya) qətnaməni dəstəkləmədilər. Yalnız bir neçə AP deputatı (təxminən ümumi sayın 8%-i) ona səs verdi, lakin son nəticədə qətnamə daha çox Macarıstana aid edilə bilər, nəinki Azərbaycana. Avropa Xalq Partiyasını təmsil edən Macarıstandan olan AP deputatları qətnamənin lehinə səs verməklə ölkələrinin Baş naziri  Orbanı qorumaq istəyiblər" – deyə Modern.az-a Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat bildirib.

Millət vəkili əlavə edib ki, "dünən əldə etdiyimiz məlumata görə, səsvermədən sonra Sosialistlər qrupunun vitse-prezidenti qətnamənin lehinə səs vermiş və sıralarında 14 macarıstanlı AP üzvü olan qrup nümayəndələrini öz səslərini geri götürməyə, siyasi qrupun Bürosunun qərarına uyğun olaraq qətnamənin əlehinə səs verməyə çağırıb. Beləliklə, Sosialistlər qrupunun qətnamə lehinə səs vermiş üzvləri öz səslərini geri götürərək, qətnamənin əlehinə səs verdikdən sonra qəbul edilmiş sənəd faktiki olaraq Sosialistlər, Liberal-Demokratlar, Avropada azadlıq və demokratiya qrupları istisna olmaqla, digər beş qrup tərəfindən qəbul edilmiş qətnamə olmuşdur".

E.Süleymanovun sözlərinə görə, sonda qəbul edilmiş mətn Ramil Səfərovun ekstradisiyası və azad edilməsi kontekstində istənilən formada  terrorizm təhdidlərini qınayır. Həmçinin burada Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməməsindən Azərbaycan ictimayyətinin məyyusluğu ifadə edilir. Səsvermə öncəsi müzakirələr zamanı daha çox Orban hökümətinin tənqidinə diqqət yönəlib, Azərbaycanda Səfərovun əfv edilməsi faktına bir o qədər müraciət olunmayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi