Bu gün Bilik günü münasibəti ilə Səbail rayonunun məktəblərində bir sıra tədbirlər keçirilib. Tədbirlərdə Səbail rayonundan millət vəkili seçilmiş Fuad Muradov və rayonun İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak ediblər. İlk olaraq Səbail rayonu Bayıl qəsəbəsində əsaslı təmir olunmuş 91 saylı orta məktəbdə keçirilən Bilik günü tədbirinə qatılan millət vəkili Fuad Muradov və İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təmirdən sonra məktəblə tanış olublar. Məktəbliləri təbrik edən deputat onlara təhsil həyatında uğurlar arzulayb.
Daha sonra Bayıl qəsəbəsində köhnə korpusu əsaslı təmir olunan və yeni korpusu tikilərək bu il istifadəyə verilən, əsaslı təmir olunmuş 49 saylı orta məktəbdə tədbirlərə qatılan millət vəkili burada da Bilik günü mərasimində iştirak edib.