Modern.az

Hava yenə soyuq olacaq

Hava yenə soyuq olacaq

15 Sentyabr 2012, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Ümumilikdə isə sentyabrın 16-17-də respublika ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi