Hər il dövlət büdcəsindən dövlət qurumlarına müyyən məbləğdə maliyyə vəsait ayrılır. İl tamam olmamış isə bəzi dövlət qrumları büdcədən ayrılan vəsaitin onları tam təmin etdiyini və xərclənməmiş maliyyə qalığını geri qaytarmaq istədiklərini bildirilər.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Priyev də məlumatı bu cür məlumatların olduğunu təsdiqləyir. M.Piriyevin Modern.az-a dediyinə görə, belə hallar hər il baş verir. O, maliyyə vəsaitinin artıqlığının müəyyən səbəblərlə bağlı yarana bildiyini qeyd edib. Nazirlik rəsmisi deyib ki, məsələn, təşkilatın ştat cədvəlində olan vakant vəzifələrə görə ödənilməyən əməkaqları artıq vəsait kimi qalır. Belə olan halda ilin sonunda məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla, bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin onikidə birinədək hissəsi həmin ilin aidiyyatı büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir. Bu, eyni zamanda “Büdcə sistemi haqqında” Qanunla nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür.
Gültəkin ƏLƏSGƏR