Modern.az

Kamal Abdulla “Mən söz vermişdim və sözümü tutdum” - FOTOLAR

Kamal Abdulla “Mən söz vermişdim və sözümü tutdum” - FOTOLAR

15 Sentyabr 2012, 14:49

Bu gün Bakı Slavyan Univerisitetinin 2-ci korpusunun əsaslı təmirdən sonra açılışı olub. Modern.az xəbər verir ki, rektor Kamal Abdulla, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və univerisitet heyətinin iştirakı ilə baş tutan tədbirdə təhsil ocağının bu günə qədər keçdiyi yoldan və uğurlarından danışılıb.

Təmir nəticəsində univerisitetdə bir sıra yeniliklər olub. Belə ki, auditoriyalar yenidən təmir olunub, yeni qiraət zalı, Həsən bəy Zərdabi adına mərkəz, tələbələr üçün “Tələbə klubu” yaradılıb, rahat və geniş kitabxana təşkil olunub.
Bakı Slavyan Univerisiteti həm ölkə daxilində, həm də xaricdə tanındığını qeyd edən rektor Kamal Abdulla görülən işlər barədə danışarkən ”mən tələbələrimə söz vermişdim və sözümü tutdum” deyib.

Daha sonra Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Azərbaycanda son vaxtlat yenidən qurma işlərinin çox sürətlə getiyini deyərək, ölkə rəhbərliyinin bu məsələyə ciddi yanaşdığını vurğulayıb. İcra başçısı qeyd edib ki, “biz Slavyan Universitetində keçirdiyimiz görüşlərdən sonra bu qərara gəldik ki, təhsil ocağını “Dövlət proqramina saldıq”, gələn il isə Univerisitetin nəzdində fəaliyyət göstərən liseyin təmirinə başlanılacaq”.

Sonda rektor, univerisitet heyəti, qonaqlar və tələbələr ali təhsil ocağının yeni görnüşü ilə tanış olublar.











Məltəm Talıbzadə
Fotolar Elçin Ağayevindir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi